Türkiyədə 26 il öncə atdığı uşağa atası öz böyrəyini verib.
Unikal.org ürkiyə mətbuatına istinadən verdiyi məlumata görə, belə ki, Kərim Kəskin adlı bir kişi birinci nikahından dünyaya gələn Ümid Ayazı bir yaşı olmamış atıb gedib. Daha sonra anası tərəfindən də uşaqlar evinə atılan Ümidi başqa bir ailə götürüb saxlayıb. 26 ildən sonra valideynlərinin ögey olduğunu öyrənən oğlan öz doğma ana və atasının axtarışına çıxıb.
Qaziantepdən Orduya gələn gənc oğlan burada doğma valideynlərinin ikinci dəfə ailə qurduğunu öyrənib. Atası isə Ümidi 26 il sonra qarşısında görəndə şok olub. Oğlunun 4 ildir böyrək çatışmazlığından əziyyət çəkdiyini bilən ata ona öz böyrəyini vermək qərarına gəlib.
"Mən 26 il öncə oğlumu itirdim, daha itirmək istəmirəm, - deyə ata bildirib.