Şəmkir rayon sakini ağacdan yıxılaraq ağır xəsarət alıb. 

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayonun Çaparlı kənd sakini 1970-ci il təvəllüdlü Rafiq Qasımov bağında xurma yığan zaman ağacdan yerə yıxılıb. 
Sağ baldır nahiyəsinin açıq sınığı və müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 
Vəziyyətinin orta ağır olduğu bildirilir.