Zaqatala rayonunda 16 yaşlı qızı avtomobil vurub.
Unikal.org report.az-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 132-ci kilometrliyində baş verib. 1984-cü il təvəllüdlü Vüsal Vidadi oğlu Qurbanov idarə etdiyi "VAZ-21 154" markalı avtomobillə Balakəndən Zaqatala istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən Taxtalar kənd sakini, 2000-ci il təvəllüdlü Ayşat Mikayıl qızı Qazıyevanı vurub. Ağır bədən xəsarətləri alan 16 yaşlı qız dərhal Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan sayta verilən məlumata görə, Ayşat Qazıyevaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.