Suriyanın Palmir şəhərindən 40 km şimal-qərbdə yerləşən qəsəbələrdən birinə humanitar yardım aparan Rusiyanın Hava-Kosmik Qüvvələrinə məxsus vertolyot Hama vilayətində təcili eniş etməli olub.
Unikal.org- un "Ria Novostiyə istinadən verdiyi məlumata görə, vertolyot minaatanlardan atəşə tutulub.
Hadisə nəticəsində ekipaj üzvləri xəsarət almayıblar, onlar evakuasiya olunaraq Xmeymim aviabazasına yerləşdiriliblər.