Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Unikal.org xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində kirayədə yaşayan, Neftçala sakini, 1996-cı il təvəllüdlü Elvin Rövşən oğlu Rəsulzadə hamamda çimərkən dəm qazından boğularaq ölüb.

E. Rəsulzadə Bakıda özəl şirkətlərdən birində çalışırmış.

Faktla bağlı araşdırma aparılır.