Azərbaycanda milli valyutanın üzən məzənnə rejiminə keçidi özünü doğrultdu.
Unikal.org Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, indiki şəraitdə qlobal iqtisadiyyatda vəziyyəti nəzərə alsaq, bu, düzgün qərardır və o, Azərbaycanın strateji maraqlarına uyğundur: "Azərbaycan manatı dayanıqlığı təmin edilməyənədək "üzən" rejimdə olacaq. Əsas vəzifəmiz manatın məzənnəsinin ifrat dəyişkənliyinin qarşısını almaqdır".