Baş Prokurorluq narkotik maddələrin dövriyyəsi ilə bağlı ilkin məhkəmə instansiyasının qərarı ilə bəraət alan  Ayaz İmanverdiyev barəsində verilən hökmdən protest verib.
Unikal.org xəbər verir ki, Lent.az-ın məlumatına  görə, hazırda iş Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımov icraatındadır.
Qeyd edək ki, A.İmanverdiyev Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri dövriyyəsində) təqsirləndirilib.
Yasamal Rayon Məhkəməsində ona qarşı verilən ittiham sübuta yetirilmədiyi üçün A.İmanverdiyev barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azadlığa buraxılıb.