İsmayıllı rayon Polis Şöbəsinin rəisi işdən çıxarılıb.
Unikal.org xəbərinə görə, şöbənin rəisi Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə bağlı tutduğu vəzifədən kənarlaşdırılıb. Rayon Polis Şöbəsindən APA-ya N. Qocayevin işdən çıxarılması xəbərini təsdiqləyiblər. Bildirilib ki, şöbənin rəisi vəzifəsini hazırda rəis müavini Şöhrət Kərimov icra edir.
 
APA-nın əldə etdiyi məlumata görə, N. Qocayev daha yüksək vəzifəyə təyinat alıb.