Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın redaksiya heyətinin aşağıdakı tərkibi təsdiq edilib:
Redaksiya heyətinin sədri
Abid Şərifov - Azərbaycan Respublikası Baş nazirinin müavini.
Redaksiya heyəti sədrinin müavinləri:
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Akif Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti.
Məsul katib
Ramiz Məmmədov - Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru.
Redaksiya heyətinin üzvləri:
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Natiq Əliyev - Azərbaycan Respublikasının energetika naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Ramin Quluzadə - Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Mikayıl Cabbarov - Azərbaycan Respublikasının təhsil naziri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri
Tahir Budaqov - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
Faiq Tağı-zadə - Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini
Rövnəq Abdullayev - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti
İlyas Əlizadə - Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının Ekologiya şöbəsinin müdiri
İbrahim Quliyev - Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Qurban Yetirmişli - Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru
Ulduz Həşimova - Azərbaycan Milli Elmlər Akademiyasının akademik A.Qarayev adına Fiziologiya İnstitutunun direktoru
İlham Ələkbərov - Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun direktoru
Validə Əlizadə - Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru
Elmira Ramazanova - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru.