Azərbaycan prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rosen Plevneliyevi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Unikal.org-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
"Hörmətli cənab prezident, Bolqarıstan Respublikasının milli bayramı münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Zəngin ənənələrə malik olan Azərbaycan-Bolqarıstan əlaqələri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Genişlənən siyasi, iqtisadi və mədəni əlaqələrimiz, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmlənməsi ilə müşayiət olunur. Ümidvaram ki, Azərbaycan-Bolqarıstan dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişafı yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bolqarıstan xalqına daim sülh və rifah arzulayıram".