Moskvada uşağın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən dayə Gülçöhrə Bobokulovanın atası 62 yaşlı Bahrəddin Turayev qızının əməlinə görə üzr istəyib. Unikal.org APA-ya istinadən xəbər verir ki, bu barədə Bahrəddin Turayev "Gazeta.ru"ya müsahibəsində bildirib.

"Biz böyük ailəyik, mənim 6 qızım, 19 nəvəm və 1 nəticəm var. Onun bu əməli hamımızı  dəhşətə salıb! Belə şeyi əgər bağışlamaq mümkündürsə, onu, bizim hamımızı bağışlayın. Uşaqlar ağlayırlar, anası isə yatağa düşüb. Mən istəməzdim, qızım da istəməzdi ki, bu baş versin", - deyə Turayev bildirib.

Xatırladaq ki,  Gülçöhrə Bobokulova məhkəmədə bu cinayətə çoxdan hazırlaşdığını və əməlindən peşman olduğunu bildirib. Lakin onun uşağın valideynlərindən üzr istəmək niyyətinin olub-olmamasına dair suala, bunu Allahdan başqa heç kimin qarşısında etməyəcəyini bildirib.

Qeyd edək ki, 39 yaşlı Gülçöhrə Bobokulovanın atası müsahibədə Moskvadakı dəhşətli qətldən sonra Özbəkistanda Bobokulovanın 19 yaşlı böyük oğlu Rahmatillonun saxlanıldığını bildirib.