Türkiyənin Kütahya vilayətinin Tavşanlı mahalında bəy avtomobili ilə qəzaya düşüb öldü.
Unikal.org xəbər verir ki, qəza Tavşanlı-Kütahya Karayolunun 20-ci kilometrində meydana gəlib. 28 yaşlı Turhan Kocabaş idarə etdiyi avtomobili ilə gəlini Tavşanlıdan götürərək Kütahyaya bəzənmək üçün gətirib.
Kocabaş, digər hazırlıqlar üçün eyni avtomobillə yaşadığı kəndə dönərkən tədbirsizlik və diqqətsizlik nəticəsində idarəetməni itirərək maşını aşırıb. O, aldığı xəsarətlər nəticəsində yerindəcə dünyasın dəyişib.
Qeyd edək ki, dünən Dilek Altıner ilə toy mərasimi olacaqdı.