Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Unikal.org bildirir ki, dəyişikliyə əsasən, "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nın 3.1.1-ci yarımbəndi ləğv edilir.

Qeyd edək ki, 3.1-ci bəndin həmin yarımbənddə deyilirdi:

"3.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə aşağıdakı şərtlərə əməl edildiyi hallarda yol verilir:

3.1.1. həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə;"