"Mən hər zaman yaxınlaşmaq, dostluq münasibətlərinin tərəfdarı olmuşam. Mən bunu nəinsə başlanğıcı kimi başa düşürəm. Bu əlaqənin bizə xeyri ola bilər. 

 Bu fikirləri Unikal.org-a yazıçı Əkrəm Əylisli deyib. 

O, erməni yazıçı Vahe Avetyanın Xocalı abidəsini ziyart etməsini müsbət qiymətləndirdiyini vurğulayıb: 

"Azərbaycana gəlib Xocalı abidəsini ziyarət etməsi onun şəxsi təşəbbüsüdürsə, bunu çox müsbət addım kimi qiymətləndirirəm. Əsl Xalq Diplomatiyası budur. Bunun siyasi mənası olsada belə. Digər erməni yazıçıları da bu addımı atmağa çağırıram. Vahe Avetyanın şəxsi təşəbbüsü olarsa, onunla görüşməyə hazıram. Tarixən münasibətlər gərginləşən zaman qırğınların qarşını almaq üçün xalq diplomatiyasına üstünlük verilib. Dağlıq Qarabağ işğal altındadır və yaxın vaxtlarda bu münqaişənin sülh yolu ilə həllini gözləmirəm. Çünki müharibə sülhün təminatı deyil. Ən yaxşı təminat düzgün xalq diplomatiyasdır. Mən hər zaman bunun tərəfdarı olmuşam. Əgər siyasətin işi ölkənin ərazini bütövlüyünü qorumaqdırsa, yazıçının işi ölkənin mənəvi bütövlüyünü qorumaqdır. 

 Xatırladaq ki, erməni publisist, yazıçı və ictimai xadim Vahe Avetyan Bakıya səfəri çərçivəsində Xocalı abidəsini ziyarət edib.