Xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova mərhumun ölümü ilə bağlı açıqlama verib.
Unikal.org axşam.az-a istinadən bildirir ki, vəkil "Bizimləsən" verilişində istintaq aparıldığını bildirib:
"Bu qəfil ölüm deyil. İlhamə xanımın ölümünə səbəb olan amillər var. Hazırda istintaq gedir. Hər şey açıqlanacaq. Geriyə çəkilmək yoxdur. Bizim əlimizdə elə dəlillər var ki... İstintaqın elə sirləri var ki, açıqlamaq olmur. Onun köməkçisi Mehriban Hüseynovanın da məhkəmə işi davam ediləcək".
Vəkil miras məsələsindən də danışıb:
"Qohum-əqrabası miras üçün dava edir. Deyirlər Orxan kimdir? Orxan onun oğludur. Mən 1 ildir İlhamə xanımla çalışırdım. Ana-bala küsə bilər, o demək deyil ki, onu silib. İlhamə xanım bütün mirasını oğluna qoyub. Ona soyadını verməyibsə, onu silmək demək deyil. Düzdür, rəsmi heç bir sənəd yoxdur".
Qeyd edək ki, İ.Quliyeva fevralın 25-də dünyasını dəyişib.