Şirvanda 75 yaşlı kişinin meyiti yaşadığı mənzildən tapılıb.
Unikal.org APA-ya istinadən verdiyi məlumata görə, Şirvan şəhəri, M.Əsədov küçəsindəki fərdi yaşayış evində meyiti tapılan 1941-ci il təvəllüdlü Quliyev Şirzad Möhsüm oğlunun bir müddət əvvəl öldüyü müəyyənləşib. Onun meyiti qonşular tərəfindən aşkarlanıb və bu barədə polisə məlumat verilib. Meyit uzun müddət qaldığından sifət nahiyəsi, qulaq və burun hissələri gəmiricilər tərəfindən didilib.
Bildirilir ki, ölən şəxs oğlu ilə birgə yaşayıb. Onlar hər ikisi ruhi xəstə olub. Mərhum yerli qurumlar tərəfindən dəfn ediləcək.
Faktla bağlı araşdırma aparılır.