Bakıda elektrik avadanlıqlarının satışı ilə məşğul olanşirkətlərdən külli miqdarda oğurluq olub.

Unikal.org-un məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda, Dərnəgül qəsəbəsində yerləşən "Kontakt" və "Eurolux" şirkətlərinin anbarlarında qeydə alınıb.

Belə ki, naməlum şəxs və ya şəxslər ayrı-ayrı vaxtlarda anbardan televizorlar, kondisonerlər, soyuducular və digər elektron məişət avadanlıqları oğurlayıblar.

Məlumatda adıçəkilən şirkətlərə ümumilikdə 50 min manata yaxın ziyan dəydiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib, müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir.