Bakıda quldurluq etmiş şəxslər tutulub.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 8-də Yasamal rayonu ərazisində 3 nəfər naməlum şəxs Bərdə rayon sakini Elgün İsmayılovu "VAZ-2106" markalı avtomobilə oturdub döyərək 200 manat və 10 min rubl pulunu, habelə mobil telefonunu alıblar. Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Elvin Bağırov (avtomobilin sahibi), əvvəllər məhkum olunmuşlar Famil Babayev və Balakən rayon sakini Mahir Aşurov tutulublar.

Araşdırma aparılır.