Bakıda mənzildən 80 min manatlıq qızıl oğurlayan qadın yaxalanıb.
Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakini Azər Kazımovun evindən 80 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən orada dayə işləyən paytaxt sakini Sevinc Fərəcova saxlanılıb.