Türkiyənin tanınmı. aparıcısı Ece Erken üç il əvvəl aldığı bağ evini satışa çıxarıb.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Burak Yılmaz, Selçuk İnan kimi futbolçularla eyni məhəllədə yaşayan Ece iki mərtəbəli villasını 1 milyon 800 min lirə (təxminən 900 min manat) satmaq istəyir.
Ece evi satmaq qərarını belə izah edib:
"Üç ildir yayı bu evdə keçirirəm. Evdən narazılığım yoxdur. Ancaq oğlum Eymen böyüyür, həyətində rahat qaça biləcəyi bir ev və sadəcə bizə aid olan hovuz istəyirik. Bu səbəblə Çeşmədə yeni bağ evi almaq istəyirəm".