ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş Donald Tramp Nyu-York şəhərinin Manhetten səmtində yerləşən "Tramp Tower" göydələnində olan məşhur mənzilini satmaq niyyətindədir.
Unikal.org European-a istinadən bildirir ki, 68 mərtəbəli binanın ən üst üç mərtəbəsindəki mənzilin interyer dizaynının müəllifi Ancelo Donqiyadır.
Donald Tramp Florida ştatındakı Palm Biçdə "Mar-a-lago Estate" malikanəsinin, Nyu-Yorkun Bedford səmtində "Seven Springs" villasının, Virciniya ştatındakı Şarlottsvildə "Albemarle" malikanəsinin, Sent-Martində "Le Chateau des Palmiers" lüks villasının da sahibidir.



