Ağdamda ər arvadını yandırıb. 

Unikal.org apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.

Ağdam Rayon Polisi İdarəsindən APA-ya verilən xəbərə görə, İ. Əliyev arvadı, K. Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.

K. Vəliyevanın müəllim olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün Ağdam rayonunda qadının yanıq xəsarətləri alması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, əri tərəfindən yandırılan 56 yaşlı Kima Vəliyeva rayon xəstəxanasına yerləşdirilib və müalicə olunur.

Hadisənin səbəblərinə gəlincə, bildirilir ki, K.Vəliyeva və həyat yoldaşı arasında xeyli müddət imiş ki, narazılıq varmış. Həyat yoldaşı İsmayıl Vəliyev xanımından evi tərk etməsini tələb edirmiş. Qadın isə çıxıb getməyə yerinin olmadığını, ailəsinin dağılmasını istəmədiyini deyib. Bu gün növbəti dəfə eyni mövzuda mübahisə düşüb və xanımının getmədiyini görən İsmayıl onun dəftər-kitablarını yerə tökərək yandırmağa çalışıb. Kənd məktəbində müəllim işləyən qadın isə buna mane olmağa çalışıb və özünü yanan kitab-dəftərin üstünə atıb. Elə bu zaman 56 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.