Amerikanın Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşları Nyu-Yorkda "rus mafiyası"nın üzvü olan cinayətkar qruplaşmanın 8 üzvünü yaxalayıb.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, onlar Rusiyada və keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.

Quldurların hamısına bir neçə maddə: narkotik alveri, reketlik, qumar oyunlarının qanunsuz təşkilatçılığı üzrə ittiham elan olunub.

Cinayətkarla öz fəaliyyətlərini sakinlərinin çoxu keçmiş SSRİ və Şərqi Avropa ölkələrindən olan Koni-Aylend və Brayton-Biç rayonlarında aparıblar.

Dəstə üzvləri həm də ABŞ-dan kənarda yaşayan adamlardan yaxınlarını fiziki cəhətdən məhv etməklə hədələyərək pul da alıblar.