Məşhur milyarder Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra onu təbrik edənlər arasında Fillippin prezidenti Rodrigo Dutertenin də var.
Unikal.org xarici mətbuata istinadən bildirir ki, ABŞ ilə münasibətləri yenidən formalaşdırmaq üçün ölkə prezidenti bu addımı ilk dəfə onun tərəfindən atıldığını deyib: "Prezident Tramp çox yaşa!."
Respublikaçı namizədin qələbə qazanmasından sonra Duterten Trampla şəxsiyyət xüsusiyyətlərinin eyni olduğunu söyləyərək, hərbi əməkdaşlığın təkrar başlaması təklifini edib.
Duterte bildirib: "İkimizdə küfr etməyi sevirik. Kiçik bir şey olanda da, dərhal söyürük. Biz eyniyik" .
Xatıraldaq ki, son illər ABŞ-la Filippin arasında ciddi böhran yaşanır. Böhrana səbəb isə Filippinin yeni seçilən prezidenti Rodrigo Dutertendir. ABŞ prezidenti Barak Obamaya 'o, uşaqdır' sözünü deməsi ilə əlaqələr pozulmuşdu. Bir ay sonra isə Çin ziyarəti əsnasında Duterte, ABŞ ilə ortaqlığı bitirdiklərini və Amerikanın itirdiyini söyləmişdi.