ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və hazırkı rəhbəri Barak Obama arasında Ağ Evdə baş tutan görüş bir saatdan artıqdır ki davam edir.
Unikal.org xəbər verir ki, tərəflər ölkədə "hakimiyyətin hamar keçidi"ni müzakirə edirlər.
Bu barədə bir müddət əvvəl prezidentin mətbuat xidməti məlumat yayıb.
Noyabrın 8-də ABŞ-da ümumi seçkilər keçirilib. Səsvermənin ilkin nəticələrinə görə, Demokratlar Partiyasından namizəd Donald Tramp Seçicilər Kollegiyasının 270 səsini toplayaraq prezidentlik postu uğrunda mübarizədə qələbəni özünə təmin edib.