Ağdam rayonunda həyat yoldaşı tərəfindən yandırılan orta məktəb müəlliminin xəstəxanada görüntüləri yayılıb.
Unikal.org ARB TV-yə istinadən həmin videonu təqdim edir:
Qeyd edək ki, 56 yaşlı Vəliyeva Kima Zaman qızı həyat yoldaşı Vəliyev İsmayıl Bəndəli oğlu tərəfindən benzinlə yandırıldığını bildirib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə ərlə arvad arasındakı ailə münaqişəsi nəticəsində baş verib. Zərərçəkmiş K.Vəliyeva ilə həyat yoldaşı İ.Vəliyev arasında uzun müddətdir mübahisə yaşanır.
K.Vəliyeva həyat yoldaşını evdən qovmaq və onunla ayrılmaq istəyib. Həyat yoldaşının bu hərəkətinə əsəbiləşən İ.Vəliyev K.Vəliyevanın dərs vəsaitlərini yandırmaq istəyib. İ.Vəliyev kitabların üzərinə benzin töküb öd vurarkən K.Vəliyeva ona mane olmaq istəyib. Hadisə nəticəsində K.Vəliyevanın əlləri və ayaqları yanıb.
Faktla bağlı araşdırmalar aparılır.