Türkiyədə yayımlanan "evlilik" verilişinin aparıcısı Esra Erol digər kanalda yayımlanan "evlilik" verilişindən gələn gəlin namizədi efirdən qovub.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb gənc qızın bir müddət əvvəl "evlilik " verilişi haqqında imzalanan "centlmen sövdələşməsinə əsasən, gəlin və bəy namizədlərin kanal dəyişdirə bilməyəcəklərinə dair razılaşmanı pozması olub. Bunu hər kəsdən gizlətməyə çalışan gəlin namizəd efirdə ifşa edilib.

Gənc xanım isə onu efirdən qovmaması üçün Esra Erola yalvarıb.