Çinin Guangdong əyalətinin Gaozhou Xalq Xəstəxanasında dəri xərçəngindən əziyyət çəkən anası üçün qız özünü satışa çıxarıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, xəstəxana xərcləri üçün təxminən 100 min manata qədər pul tələb olunduğu üçün Cao sosial şəbəkədə hər kəsə üzünü tutaraq, ölüm ayağında olan anasına bu yolla yardım istəyib: 

"Arzulayıram ki, məni yaxşı ürəkli bir adam satın alar və beləliklə anam də əməliyyat oluna bilər. Pul aldıqdan sonra satın alan adamın istədiyi şəkildə işə könüllüyəm. Satın alacaq adamın istədiyi hər şeyi edəcəyəm. Sözümdən əsla dönmərəm." sözlərini yazıb.

Anasının sağalması üçün özünü satışa çıxardı - FOTO + VİDEO