ABŞ prezidenti Barak Obama zarafatca bildirib ki, prezidentlik səlahiyyəti başa çatdıqdan sonra "Uber" taksi xidmətində sürücü işləyəcək.

Unikal.org xəbər verir ki, Obama jurnalistin "siz öz bloqunuzu idarə etməyi planlaşdırmırsınız ki?" sualına cavab olaraq zarafatla "Uber"də işləməyə gedəcəyini qeyd edib.

Lakin ABŞ prezidenti öz zarafatını daha ciddi cavabla davam etdirib: 

"Bilirsiniz, mən bir neçə həftə yatmağı planlaşdırıram. Düzünü desəm, biz əlverişli şəraiti olmayan gənclər üçün imkanların yaradılması üzərində işləri davam etdirəcəyik".(azvision.az)