Avstriyada robot "intihar edib. Səbəb kimi mexanizmin gündəlik ev işlərindən yorulması göstərilir.

"iRobot Roombanın sahibi robotu sonuncu dəfə tozsoranı işə salarkən gördüyünü bildirib.

Unikal.org azertag-a istinadla xəbər verir kı, mənzilin sahibləri robotu söndürərək gediblər. Sonra yüksəktexnologiyalı robot özü işə düşərək mətbəx plitəsinə yaxınlaşıb və odda bişən sıyıqla dolu qazanı çəkərək onun yerində əyləşib.

Yanğınsöndürənlər evə gələndə plitədə yalnız kül yığını ilə qarşılaşıblar.