Gəncə şəhərində Rusiya vətəndaşının mənzilindən silah-sursat tapılıb.
Unikal.org DİN-ə istinadən xəbər verir ki, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı Elbrus Həsənovun Gəncə şəhərindəki evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan "İJ-16" və "TOZ-8" markalı tüfənglər, 78 ədəd patron və 6 ədəd boş giliz aşkar edilərək götürülüb.