Amerikada keçirilən prezident seçkilərində uduzan Hillari Klinton seçkidən sonra ilk dəfə görüntülənib.

Unikal.org bildirir ki, Nyu-York sakinlərindən biri onu təsadüfən meşədə gəzərkən görüb. Qadının sözlərinə görə, o, xanım Klintonun özünü yox, əri Bill Klintonu görüb. Yaxınlaşanda isə Hillari Klintonun da ərinin yanında olduğunu görüb.

Daha sonra Hillari Klintonla fotosunu paylaşan xanım "O, məni qucaqladı, çox mehriban və səmimidir,- deyə yazıb.(cebhe.info)