Bakıda dostları ilə birlikdə çayxanada əyləşən şəxs söyüş söydüyünə görə döyülüb.

Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Nəsimi rayonu ərazisində baş verib. Belə ki, dostları ilə birgə masa arxasında əyləşən 1978-ci il təvəllüdlü Sadıqov Anar Həbib oğlu yüksək səslə söyüş söyüb.

 Digər masada olan şəxslərdən biri onun hərəkətinəirad bildirib. Nəticədətərəflər arasında dava düşüb vəA.Sadıqov döyülüb. O, ağır bədən xəsarətləri alıb.

A.Sadıqov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.