Türkiyənin baş naziri Binəli Yıldırım yeni konstitusiya layihəsi hazırlayacaqlarını bəyan edib.

Unikal.org sözcü.com.tr-yə istinadən xəbər verir ki, Trabzonda seçicilərinin qarşısında çıxış edən hakim Ədalət və İnkişaf Partiyasının sədri müxalifət partiyası olan Milliyyətçi Hərəkat Partiyası ilə birgə konstitusiya layihəsi üzərində razılaşdıqlarını deyib: "MHP ilə birlikdə yeni konstitusiya qəbul edəcəyik. Prezidentlik sistemini qəbul edəcəyik və sizin qarşınıza gətirəcəyik. Millət qərarını verəcək.