Azərbaycanda tələbələrə təhsil kreditlərinin verilməsi üçün "Maarifçi Tələbə Kredit Fondunun növbəti elan sessiyası artıq başa çatıb.
Qeyd edək ki, bu il üzrə tələbələr üçün iki elan sessiyası (I elan sessiyası 3 - 25 iyun, II elan sessiyası isə 1 - 31 oktyabr) keçirilib. Ümumilikdə bu il müraciətlər seçim meyarlarına əsasən dəyərləndirilərək 102 təhsil krediti müqaviləsi imzalanıb.