Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə günorta saatlarında Qəbələ şəhəri ərazisində qeydə alınıb. Belə ki, “VAZ-2106” və “Hyundai” markalı avtomobillər toqquşub. Hadisə zamanı “VAZ”ın sürücüsü, 51 yaşlı İlham Abdurazakov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb, digər nəqliyyat vasitəsinin sürücüsü, 31 yaşlı Aqil Bəhlulzadə və “VAZ”də olan sərnişinlər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Seymur Əli