Bir neçə gün öncə Zərdab rayonunda əri tərəfindən başı kəsilərək qətlə yetirilən mərhum Rüxsanə Aslanovanın uşaqları Gəncə Sos Uşaq Evinə yola salınacaq.

Unikal.org xəbər  verir ki, bu barədə  aznews.az-a açıqlamasında Zərdab rayon İctimai-siyasi və Humanitar Məsələlər üzrə Şöbənin müdiri vəzifəsini icra edən Murad Həsənov bildirib. Onun sözlərinə görə, uşaqlar uşaq evinə aidiyyatı qurumlarla birlikdə təhvil veriləcək:"Gəncə Sos Uşaq evindən Zərdab rayonunda nümayəndələr olub. Sənədləşmələr yekunlaşıb. Uşaqların ana nənəsi və ata babasıdan "etiraz etmirəm razılığı ilə bağlı alınan sənədlər təsdiq olunub. Hazırda komissiyanın müvafiq iclasının keçirilməsi aparılır. Rayon icra başçısının sərəncamı ilə noyabrın 14-də uşaqlar ana evindən çıxarılacaq.
M.Həsənov uşaqların qayğıya ehtiyacı olduğunu deyib:"Onlar çox balacadır. Biri 2, biri 3, 3-sü isə 5 yaşındadır.





Bir neçə gün öncə Zərdab rayonunun Yarməmmədbağı kəndində qətl hadisəsi baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Aslanov Aqşin Usub oğlu yaşadığı evdə həyat yoldaşı, 1993-cü il təvəllüdlü Aslanova Rüxsanə Rüstəm qızının bıçaqla boğazını kəsərək öldürüb. Hadisə azyaşlı uşaqların gözü qarşısında baş verib. Hadisə qısqanclıq zəminində baş verib. Hadisəni törədən A.Aslanov saxlanılıb. Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.