Ağır xəstəlikdən əziyyət çəkən kişi Bakıda müalicə olunduğu xəstəxananın 5-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Unikal.org report-a istinadən xəbər verir ki, Milli Onkologiya Mərkəzində müalicə olunan Yevlax rayon sakini 1955-ci il təvəllüdlü Arif Əliyev özünü xəstəxananın 5-ci mərtəbəsindən yerə atıb.
Ağır xəsarət alan A.Əliyev orada ölüb.
Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkdiyində görə xəstəxanaya yerləşdirilib. Güclü ağrılara dözməyən A.Əliyev intihar edib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.