Türkiyə baş naziri Binali Yıldırım və ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi Donald Tramp arasında telefon danışığı olub.
Unikal.org-un NTV telekanalına istinadən verdiyi xəbərə görə, Binali Yıldırım Donald Trampı ABŞ prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
B.Yıldırım həmçinin Türkiyə və ABŞ arasında münasibətlərin ümumi maraqlara, dəyərlərə və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.
Donald Tramp, öz növbəsində, Türkiyə ilə münasibətlərin ABŞ üçün önəm daşıdığını, rəsmi Ankara ilə dialoqun prioritet olduğunu qeyd edib.