İranda yaşayan və Ginnesin rekordlar kitabına düşən 80 yaşlı İran sakini Amu Hacının 60 ildir ki, bədəninə su dəymir.

Unikal.org-un xarici mətbuata istinadən verdiyi məlumata görə, bu illər ərzində o, nəinki, duş qəbul etməyib, hətta, suyun yanından belə keçməyib.

İranlı gənc yaşlarından çimməkdən imtina edib. Hacı deyir ki, o, psixoloji cəhətdən aldığı travmalardan və emossional uğursuzluqlardan dolayı gigiyenik prosedurları yerinə yetirmir. Hazırda 80 yaşlı kişi sudan qorxur. O hətta əmindir ki, bundan sonra su ilə əllərini yusa dərhal xəstələnəcək.