Məşhur fransız satirik jurnalı "Charlie Hebdo ABŞ-ın yeni prezidenti Donald Trampın karikaturasını dərc edib.
Unikal.org-un "Russian.rtyə istinadən verdiyi xəbərə görə, karikaturada respublikaçı noutbuk arxasında oturub və gülür.
Şəklin yuxarı hissəsində "Artıq prezident və milyarderəm, sağ hissəsində "Donald Trampın növbəti tapşırığı- Ədəbiyyat üzrə Nobel laureatı ifadələri yazılıb.
Xatırladaq ki, ABŞ-da noyabrın 9-da keçirilən prezident seçkilərində Respublikaçı Donald Tramp 290 səslə qalib gəlib. İnaqurasiya mərasimi 2017-ci il yanvarın 20-də olacaq.