Lənkəran rayonunda ağır yol qəzası baş verib.
Unikal.org report-a istinadən xəbərinə görə, hadisə Ələt-Astara magistralının 205-ci km-də, Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisində qeydə alınıb.
Lənkəran rayon sakini, 1981-ci il təvəllüdlü Əliyev Rövşən Sahib oğlunun idarə etdiyi 50-CG-476 dövlət nömrə nişanlı"Ford" markalı mikroavtobusla, Astara rayonunun Ojakəran kəndsakini, 1988-ci il təvəllüdlü Nəsirov Xəyyam Zərbi oğlunun idarə etdiyi "Tofaş" markalı avtomobil toqquşub.
Qəza nəticəsində "Ford"un sürücüsü R.Əliyev hadisə yerində dünyasını dəyişib. "Tofaş"ın sərnişini, Asrata rayonunun Kişəbə kənd sakini, 18 yaşlı Talıblı Cəlil Əlövsət oğlu ağır kəllə beyin zədəsi alıb və Lənkəran rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.