Suraxanı rayonunda özünü öldürmək istəyən şəxs boğazına və ürək nahiyəsinə bıçaq zərbəsi vurub.
Unikal.org-un xəbərinə görə, hadisə Hövsan qəsəbəsi Çöllük küçəsi ev 3-də baş verib.
1963-cü il təvvəllüdlü Dadaşov Dadaş Həsən oğlu hələlik məlum olmayan səbəblərdən qarın və ürək nahiyələrinə bıçaq zərbəsi vurub. Daha sonra isə boğazını kəsib.
Ağır xəsarət alan şəxs yaxınlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin müayinəsindən sonra D.Dadaşovun özünə 3 bıçaq zərbəsi vurduğu məlum olub.
Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində (RPİ) araşdırmalar aparılır.