ABŞ-da Donald Trampın prezident seçkilərindən sonra başlayan etiraz aksiyalarında qanlı hadisə baş verib.Unikal.org sozcu.com.tr-yə istinadən məlumatına görə, mitinqçilərdən biri vurulub. Bu barədə artıq bir neçə xəbər agentliyinin məlumat yazdığı da vurğulanır.
Qeyd edək ki, ABŞ-ın Oreqon ştatında Donald Trampın prezident seçilməsinə qarşı keçirilən aksiyalarda 26 nəfər saxlanılmışdı. Bildirilirdi ki, aksiya iştirakçıları avtomobillərin hərəkətinə mane törədib, binalarda pəncərələri sındırıb və hətta insanlara hücum ediblər.
Etirazçılar polisin sakitliyi təmin etmək çağırışına məhəl qoymayıb və polis kütləni dağıtmaq üçün bibər qazı, rezin güllə kimi xüsusi vasitələrdən istifadə edib. Etirazçıların bəzilərini saxlayıb.
ABŞ-da Trampın prezident seçilməsinə qarşı etiraz aksiyalarının sayı isə artmaqda davam edir.