Frank MakLinnin "Çingiz Xan: dünyanı fəth etmiş adam adlı son bioqrafiyasında təqribən 40 milyon insanın ölümünə səbəb olmuş "Kainatın hakiminə" çox yumşaq yanaşılıb. Bu barədə "Spektator saytı məlumat verib.

Unikal.org xəbər verir ki, əsl adı Temuçin olan hökmdarın Koreya və Çindən başlayan nəhəng imperiyası Əfqanıstan, İran, İraq və Rusiyanı da əhatələməklə Macarıstana qədər gəlib çatırdı. Bu, tarixdə ən böyük imperiya idi.

Frank MakLinn son dərəcə maraqlı bioqrafiyasında Çingiz Xanın qeyri-adi, epik həyatını çox gözəl təsvir edib. Müəllif Temuçinin və gənclik vaxtı monqol çölündə keçirdiyi ağır köçəri həyatından söz açıb. Temperaturun müsbət 38 dərəcə ilə mənfi 6 dərəcə arasında dəyişdiyi bu ərazilər tez-tez Sibir tundrasından gələn küləklərin və Qobinin səhra tufanlarının təsirinə məruz qalırdı. Temuçin sərt və güclü insanlar yetişdirən bu mühitdə hamıdan güclü idi.

14 yaşında o özünün potensial rəqibi olan atabir, ana ayrı qardaşını balıq üstündə mübahisədə öldürür və ailəsinin atlarına yiyələnir. Çingiz Xan 16 yaşında evlənir. Son dərəcə uğurlu hərbi fəaliyyətinə görə Monqol tayfalarının "qurultay" adlanan hərbi şurası Temuçini monqolların lideri seçir, ona "Çingiz Xan adı verilir. Bu ad çox zaman "Kainatın hakimi" kimi tərcümə edilir.

O, ordusunda islahatlar apararaq onu mancur sıralarına, onluqlara bölür. Beləliklə, ordu onluq, yüzlük, minlik və on minlik bölmələrdən ibarət olur. Əsgərlərin məvacibi qənimətlər idi.

O, həmin yüz minlik ordu ilə bütün Asiyanı tutdu. Çingiz Xan öncə Çinin şimal-qərbində tanqutları özünə tabe etdirir, sonra isə bu ərazini işğal edir. Daha sonra, 1211-ci ildə güclü Tszin imperiyasını tutur. 1213-cü ildə o, Pekinə çatır. Pekinin həqiqətən nəhəng və qorxunc müdafiəsi ilə üz-üzə gələn Çingiz Xan şəhəri mühasirəyə alaraq aclıqla məğlub edir. 1215-ci ildə Pekin təslim olur.

Bunun ardınca başlanmış qarət Çin tarixində ən dağıdıcı hadisələrdən biri olur.

Çingiz Xanın orduları 1219-cu ildə buradan qərbə, İrana doğru hərəkət edir. Burada sultan xanın iki elçisinin saqqalını qırxdırmış, sonra isə onları edam etdirmişdi. Bununla o, monqol xaqanının qəzəbinə tuş gəlmişdi.
1220-ci ildə İpək yolunun üzərində yerləşən möhtəşəm Səmərqənd şəhəri məğlub olur. MakLinn kitabında Çingiz Xanın əsgərlərinin bir gündə 50 min insanı qətlə yetirməsi faktını qeyd etməsə də, itkilərin həddindən artıq olduğunu yazır.

Ən ağır il isə 1221-ci il olur. Xaqanın digər ordularının şərqdə torpaqlar tutduğu bir vaxtda o, Gürcüstanın paytaxtı Tiflisi tutaraq xristian dünyasını təşvişə salır.

Onun özü qədər qəddar olan oğlu Tolui (Tuluy) isə hazırkı Türkmənistan ərazisində yerləşən Mərv şəhərini ələ keçirir. Mərv o zaman dünyanın ən böyük şəhərlərindən biri idi. Monqollar şəhərin əhalisinə toxunmayacaqlarını söz verirlər. Şəhər sakinləri təslim olaraq divarın arxasından çıxır. "Tolui kütləni başdan-ayağa təftiş edərək, onları qarət etdi... və onları kütləvi edam etdirdi, - əsərdə qeyd edilir.
Qırğın dörd gün, dörd gecə davam edir.

Ümumilikdə Çingiz Xanın müharibələrində 37,5 milyon insanın tələf olduğu bildirilir.

Dünya tarixində silinməz iz qoymuş böyük hökmdarın 1227-ci ildə ölüb.