İran beynəlxalq neft şirkətləri ilə 130 mlrd. dollar dəyərində 11 saziş imzalamaq niyyətindədir.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft nazirinin müavini Əmir Zamani Niyyə bildirib.
Onun sözlərinə görə, İran hazırda Fransanın "Total neft şirkəti ilə "Cənubi Fars yatağı üzrə "17-ci Faza layihəsinin reallaşdırılmasına dair yekun sazişin imzalanmasına dair danışıqlar aparır. Bu sazişin dəyəri 4,7 mlrd. dollar təşkil edir.
"Bundan başqa, İran Britaniyanın "Shell və "British Petroleum, habelə, Rusiya və Çin neft şirkətləri ilə danışıqlar aparır. Tehran bu layihələrə böyük önəm verir, - deyə nazir müavini əlavə edib.