Bakı şəhəri, Səbail rayonunda ümumi sahəsi 480 m2 olan ikimərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə, 2-ci mərtəbəsindəki otağın tavanı 21 m2 və arakəsmə divarı 2 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər sakin təxliyə olunub. Digər otaqlar və sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.