Bu gün metronun "Koroğlu" stansiyasında vəfat edən qadının kimliyi müəyyənləşib.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, hadisə yerinə Nizami rayon Prokurorluğunun əməkdaşları gəlib. Məlum olub ki, vəfat edən qadın 1966-cı ildə Gürcüstan Respublikasında anadan olmuş, Suraxanı rayon sakini olan Əhmədova Gülnarə Səməd qızıdır.
Araşdırma aparılır.