Bu gün Yeni Zelandiya sahillərində 7,5 maqnitudalı zəlzələ baş verib.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağı Amberli şəhərindən 63 km şərqdə, Kraystçerç şəhərindən 93 km şimal-şərqdə, 8 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.