ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klintonun qızı Çelsi Klinton Konqresin Nümayəndələr Palatasının üzvü ola bilər.
Bu barədə "Nyu York Tayms qəzeti öz mənbələrinə istinadən yazıb.
Qəzetin məlumatına görə, Klintonlar ailəsinin yeganə qızı Nyu-Yorkun 17-ci seçki dairəsindən namizədliyini verəcək. Hazırda həmin dairədən Nita Louri Konqres üzvüdür.
Qeyd edə ki, Klintonlar ailəsinin evi də məhz həmin dairənin ərazisində yerləşir.